Yunanıstanın yeni prezidenti Prokopis Pavlopulos

Yunanıstanın yeni prezidenti Prokopis Pavlopulos

262970
Yunanıstanın yeni prezidenti Prokopis Pavlopulos

  Yunanıstanda SYRIZA lideri Aleksis Çiprasın başçılıq etdiyi koalisiya hökumətinə namizəd Prokopis Pavlopulos ölkənin yeni prezidenti olub.

  Pavlopulos iki namizədin qatıldığı seçkinin 4-cü turunda 295 millət vəkilindən 233 səs alaraq prezident seçilib. Onun rəqibi Nikos Alivizatos isə 30 tam, 32 bitərəf səs toplayaraq geridə qalıb.

  Yunanıstanın yeni prezidenti Prokopis Pavlopulos Mora yarımadasının Kalamata şəhərində 1950-ci ildə anadan olub. Afina Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Fransada magistr və elmlər doktoru adlarını müdafiə edib.

  “Yeni Demokratiya Partiyası”ndan 2000-ci ildə millət vəkili seçilən Pavlopulos 2005-2009-cu illərdə Yunasıtanın Daxili İşlər naziri olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr