Mahmud Abbasın Avropada dəstək axtarışı

Mahmud Abbasın Avropada dəstək axtarışı

216877
Mahmud Abbasın Avropada dəstək axtarışı

  Fələstin dövlət başçısı Mahmud Abbas Avropadakı dəstək axtarışını İsveçdən sonra Belçikada davam etdirib.

  Keçən həftə Belçika Federal Parlamenti Fələstini rəsmən dövlət kimi tanımaq barədə tövsiyə layihəsini təqdim edib. Artıq Stockholmdakı Fələstin nümayəndəlik bürosu səfirlik səviyyəsində fəaliyyətə də başlayıb. Buna görə ilk olaraq Belçikanın baş naziri Çarl Mişellə (Charles Michel) görüşən Mahmud Abbas sonra Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Yunker (Jean-Claude Juncker) və Xarici Siyasət üzrə Ali nümayəndəsi Фредерик Moqherlə (Frederica Mogher) bir araya gəlib.

  Mahmud Abbasın tələbi Avropa İttifaqının sülh prosesinə aktiv dəstək verməsi və Fələstini müstəqil dövlət olaraq rəsmən tanımasıdır.

  Xatırladaq ki, Fələstini 30 oktyabrda rəsmən tanıdığını açıqlayan İsveç Mahmud Abbasın səfəri əsnasında 159 milyon avro məbləğində yardım edəcəyi sözünü də verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr