İstanbulda Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli mərasim keçirilib.

167879

Tədbirdə istanbuldakı beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri, Türkiyə rəsmiləri, ölkə ictimaiyyətinin görkəmli nümayəndələri, diaspor təşkilatlarının və QHT-lərin təmsilçiləri, Türkiyədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlamətdar gün münasibətilə dünya azərbaycanlılarına müraciəti, tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
İştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov həmrəylik bayramının yaranma tarixindən və əhəmiyyətindən danışıb. Tədbir görkəmli mədəniyyət xadimlərinin qatıldıqları geniş konsert
proqramı ilə davam etdirilib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr