Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası

Dekabrın 15-dan 18-dək isə paytaxt Ankarada 7-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası baş tutacaq.

147193
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası

Dekabrın 15-dan 18-dək paytaxt Ankarada 7-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası baş tutacaq.
Milli Müdafiǝ Nazirliyinin məlumatına görə, Yüksək Səviyyəli hərbi dialoq iclasında iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək.
İclasa hər iki tərəfdən Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarının, həmçinin müdafiə sənayesinə məsul qurumların nümayəndələri qatılacaq.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən, ildə bir dəfə olmaqla keçirilir.
Dekabrın 15-dən 17-dək isǝ Marmaris qǝsǝbǝsindǝ Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma kursu keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr