Bağdad ilə Şimali İraq Regional Rəhbərliyi arasında dialoq

Bağdad ilə Şimali İraq Regional Rəhbərliyi arasında dialoq və müzakirələr başlayıb.

209971
Bağdad ilə Şimali İraq Regional Rəhbərliyi arasında dialoq

Regional Rəhbərlik lideri Neçirvan Bərzani, Bağdada gedərək, neft və büdcə məsələlərinin həlli üçün danışıqlar aparacaq.
Regional Rəhbərliyin sözçüsü Sefin Dizayi, Bərzaninin bu gün Bağdada edəcəyi səfərin dialoq və müzakirələrin başlağıcı olacağına ümid etdiyini bildirib. Dizayi, danışıqlarda məsələlərin bir anda həll edilməsini gözləmədiklərini də ifadə edib.
Neçirvan Bərzaninin lideri olduğu Regional Rəhbərliyin heyətinin tərkibində Baş nazir müavini Kubat Talabani, Təbii Qaynaqlar naziri Aşti Hevrami, Maliyyə naziri Rebaz Hemlan da olacaqlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr