Türk Dili Şərəf Mükafatları sahiblərinə təqdim olunub

5-ci Türk Dünyası Türk Dili Şərəf Mükafatları sahiblərinə təqdim olunub.

203898
Türk Dili Şərəf Mükafatları sahiblərinə təqdim olunub

5-ci Türk Dünyası Türk Dili Şərəf Mükafatları sahiblərinə təqdim olunub. Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən 5-cisi təşkil edilən mükafat mərasimi
İstanbul Cәmal Rәşit Reay konsert salonunda baş tutub. Türk dili və mədəniyyətinə xidmətləri səbəbiylə bu il mükafata layiq görülən Türkoloqlar; Macarıstandan İmre Baski, Qırğızıstandan Keneş Cusupov, Yaponiyadan Masahiro Shogaito, Çindən Mirsultan Osmanov, Almaniyadan Peter Zieme olub.
Mükafatlandırma mərasimində mart ayında vəfat etmiş Masahiro Shogaitonun isə mükafatı tələbəsinə təqdim olunub.
Mərasim əvvəlində və mükafat mərasimindən sonra Türk musiqi mədəniyyətindən nümunələr təqdim edilib.
Qeyd edək ki, 5-ci Türk Dünyası Türk Dili Şərəf Mükafatları, 160 milyon Türkcə danışan insanlar arasındakı bağı gücləndirmək, Türkcənin yayılmasına töhfə vermək, 57 ölkədəki Türkoloji bölümləri və Türk dili mərkəzlərindəki Türkoloqları təşviq etmək məqsədiylə təşkil edilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr