Bakıda enerji konfransı

ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfrans işə başlayıb.

172530
Bakıda enerji  konfransı

Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının təşkilatçılığı və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfrans işə başlayıb. Konfransda Ümumilikdə, konfransda 30-dan artıq ölkədən 200-ə yaxın dövlət rəsmiləri, energetika və su ehtiyatları ilə bağlı olan qurumların nümayəndələri, investorlar, bank təmsilçiləri və digər qonaqlar iştirak edir. ERRA-nın bu ilki konfransı enerji sektoru, enerji təhlükəsizliyi, bərpa olunan enerjinin yayılması ilə bağlı çağırışlar, enerji bazarlarında istehlakçıların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, su ehtiyatlarının tənzimlənməsi mövzularına həsr olunub. Qeyd edək ki, Azərbaycan Tarif Şurasının da üzv olduğu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası Mərkəzi Avropa, Avrasiya, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr