İrandan ABŞ-a reaksiya

Seyid Abbas Arakçi, ABŞ dövlәt katibinin müavini Vendu Şermanın mətbuatda yayımlanan açıqlamasına reaksiya verib.

171331
İrandan ABŞ-a reaksiya

İran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçi, ABŞ dövlәt katibinin  müavini Vendu Şermanın mətbuatda yayımlanan açıqlamasına reaksiya verərək, ölkəsinin nüvə haqqlarından çəkilməyəcəklərini söyləyib. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə Arakçi, “İranın 6-lıq ölkələrlə davam etdirdiyi nüvə müzakirələri çətinliklə irəliləyir və təyin olunan vaxtda tamamlanması məlum deyil. Bununla belə düşünülməmiş xeyli istəklər və siyasi tələbləri müzakirə masasında dilə gətirmək əvəzinə media vasitəsilə yaymaq, müzakirələrin irəliləməsinə kömək etmədiyi kimi, təyin olunan tarixdən əvvəl son razılığa gəlməsini də çətinləşdirir” deyib. deyib. Arakçi, müzakirələrə yekun nəticəyə çatanadək yaxşı niyyətlə davam edəcəklərini bildirib. Vendy Sherman, “İran ilə nüvə razılığına gəlinsə də bu ölkənin regional sabitliyə zərər verən, qlobal norma və dəyərləri ilə ziddiyyət təşkil edən siyasəti haqqındakı narahatlıqları dilləndirməyə, insan hüquqları pozuntularından və məzhəb ayrılıqlarını alovlandıran hərəkətlərində məsuliyyət daşıyır deməkdə davam edəcəyik”

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr