Güngör Azim Tuna Gəncəyǝ sǝfǝr edib

Əskişəhər valisi Güngör Azim Tuna və onun rəhbərlik etdiyi nümayəndə heyəti şǝhǝrlǝrinin qardaşlaşdığı Gǝncǝdǝ “Cümhuriyyət Muzeyi”ni ziyarət etdikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

169692
Güngör Azim Tuna Gəncəyǝ sǝfǝr edib

Әskişǝhir vilayǝtinin valisi Gəncəyǝ sǝfǝr edib.
Əskişəhər valisi Güngör Azim Tuna və onun rəhbərlik etdiyi nümayəndə heyəti şǝhǝrlǝrinin qardaşlaşdığı Gǝncǝdǝ “Cümhuriyyət Muzeyi”ni ziyarət etdikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

Vəliyev, qardaş ölkənin ən qədim şəhərlərindən olan Əskişəhərin valisinin Gəncəyə səfərindən məmnun olduğunu bildirib. O, Azərbaycanın ikinci böyük şəhəri haqqında, onun iqtisadiyyatı, mədəniyyəti barədə qonaqlara ətraflı məlumat da verib.
Gəncədə təhsilin, səhiyyənin, eləcə də mədəniyyətin inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Vəliyev bildirib ki,, Gəncə şəhəri 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilib, bu məqsədlə şəhərdə beynəlxalq tədbir üçün xüsusi hazırlıq işləri aparılır.
Vali Güngör Azim Tuna isə Gəncə şəhərinə ilk dəfədir ki, səfər etdiyini və bu şəhərdə olmaqdan məmnunluq duyduğunu deyib. Vali, Gəncə şəhəri ilə qardaşlaşmış Əskişəhərdə 13 -15 noyabr tarixlərində keçiriləcək beynəlxalq simpoziuma Elmar Vəliyevi dəvət etmək üçün Azərbaycanda olduğunu qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr