ABŞ-dan Kobaniyə dair kritik açıqlama

ABŞ Müdafiə Nazirliyinin sözçüsü John Kirby Kobanidəki durumun naməlum və hər an dəyişkən olduğunu bildirib.

166226
ABŞ-dan Kobaniyə dair kritik açıqlama

ABŞ Müdafiə Nazirliyinin sözçüsü John Kirby Kobanidəki durumun naməlum və hər an dəyişkən olduğunu bildirib.
Terror təşkilatı İŞİD- in şəhəri hələ də təhdid etdiyini ifadə edən Kirby təşkilatın Kobani yaxınlığındakı hədəflərinə hava hücumlarının davam etdiyini də xatırladıb.
Kirby İŞİD-lə mübarizəyə davam edən kürd qüvvələrə yardım etdiklərini də ifadə edərək şəhərdə mürəkkəb və gərgin bir atmosferin olduğunu vurğulayıb. O, "Şəhərin böyük bir hissəsi kürd qüvvələrinin tabeliyindədir" deyib.
ABŞ-ın bazar günü gecə havadan buraxdığı yardımların İŞİD-in əlinə keçdiyi iddiası ilə əlaqədar olaraq Kirby mövzunun araşdırıldığını söyləyib. Kirby İraq və Suriya əməliyyatlarında irəliləyişin yavaş olduğunu və “dönüş nöqtəsinə nə zaman varılacaq” sualına cavabın çətin olduğunu dilə gətirib.
Bu arada, Azad Suriya Ordusu onlara kömək etməyən ABŞ-ın kürd qruplara silah verməsinə reaksiya göstərib. Suriyanın digər bölgələrində də müxtəlif cinayətlər işləyən Əsəd rejiminə qarşı 3 il yarımdan çoxdur mübarizə edənlərə eyni yanaşmanı nümayiş etdirməməsi Azad Suriya Ordusu tərəfindən sərt tənqid olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr