Peyvǝnddǝ başqa maddǝ olduğuna dair şübhǝ

İdlibdǝ qızılca peyvǝndi edilǝn 15 uşağın dünyasını dǝyişmǝsinin, peyvǝndin sǝhvǝn atrakurium adlı başqa bir maddǝ ilǝ qarışdırılmasından mǝnbǝlǝnmiş ola bilǝcǝyi bildirilib.

132031
Peyvǝnddǝ başqa maddǝ olduğuna dair şübhǝ

Ümumdünya Sǝhiyyǝ Tǝşkilatı, İdlibdǝ qızılca peyvǝndi edilǝn 15 uşağın dünyasını dǝyişmǝsinin, peyvǝndin sǝhvǝn atrakurium adlı başqa bir maddǝ ilǝ qarışdırılmasından mǝnbǝlǝnmiş ola bilǝcǝyini bildirib.
Tǝşkilatın nümayǝndǝsi Kristiyan Lindmayer tǝşkil etdiyi mǝtbuat toplantısında, bölgǝyǝ göndǝrdiklǝri mütǝxǝssis heyǝtinin hadisǝnin sǝbǝbini aydınlaşdırmaq üçün fǝaliyyǝtlǝrǝ başladığını qeyd edib. O bildirib ki, ölüm halları ilǝ yanaşı daha 50 uşaq peyvǝnddǝn zǝhǝrlǝnib.
Lindmayer, peyvǝndlǝrin hazırlandığı mǝrkǝzlǝrin kimin nǝzarǝtindǝ olduğunun sual edilmǝsi qarşısında deyib ki, mǝrkǝz Qızılcaya Nǝzarǝt Vǝzifǝ Heyǝti adlı bir qrupun mǝsuliyyǝtindǝdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr