Dǝrviş Әroğlu, Anastasiadis ilǝ bir araya gǝlib
Dǝrviş Әroğlu, Anastasiadis ilǝ BMT Baş Katibinin Qıbrıs üzrǝ özǝl nümayǝndǝsi Lisa Butenhayımın neytral bölgǝdǝki iqamǝtgahında şam yemǝyindǝ görüşüb.
Şimali Qıbrıs Türk Cümhuriyyǝti prezidenti Dǝrviş Әroğlu, Qıbrıs müzakirǝlǝri çǝrçivǝsindǝ Cǝnubi Qıbrıs rum icmasının lidǝri Nikas Anastasiadis ilǝ BMT Baş Katibinin Qıbrıs üzrǝ özǝl nümayǝndǝsi Lisa Butenhayımın neytral bölgǝdǝki iqamǝtgahında şam yemǝyindǝ görüşüb.
Görüşdǝ, BMT Baş katibinin Qıbrıs üzrǝ özǝl müşaviri Espen Barth Eide dǝ iştirak edib.
Mǝtbuata qapalı keçirilǝn görüşdǝn sonra açıqlama verilmǝyib.
Digǝr tǝrǝfdǝn Әroğlu vǝ Anastasiadis, Qıbrıs müzakirǝlǝri çǝrçivǝsindǝ neytral bölgǝdǝ yenidǝn bir araya gǝlǝcǝk. Görüşǝ, Qıbrıs Türk vǝ Rum tǝrǝfinin müzakirǝçilǝri dǝ qatılacaq.
Әlaqәli Xәbәrlәr
Rusiya prezidenti əsgərlərin sayını artırma fərmanı verdi
V.Putinin imzaladığı və Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən ...
İranda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var
İranın Yəzd şəhərində sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb