İŞİD-ә sәrt cavab

Girov götürdüyü ikinci amerikalı jurnalisti də öldürən İraq Şam İslam Dövləti təşkilatına qarşı reaksiyalar davam edir.

113110
İŞİD-ә  sәrt cavab

Girov götürdüyü ikinci amerikalı jurnalisti də öldürən İraq Şam İslam Dövləti təşkilatına qarşı reaksiyalar davam edir.
ABŞ dövlәt katibi John Kerry, İslam dövlәtinin insanların başını kәsәrәk öldürmәsinin İslama zidd olduğunu ifadә edәrkәn, ABŞnın vitse prezidenti Joe Biden isə, İraq Şam İslam Dövləti təşkilatını "cəhənnəmin qapılarına" qədər izlәyәcәklәrini qeyd edib.
Biden, “İŞİD törәtdiyi cinayәtlәr ilә Amerika xalqını qorxudacağını güman edirsә, demәk ki, bizi çox yaxşı tanımırlar” deyә vurğulayıb.
Digər tərəfdən ABŞ Müdafiə naziri Chuck Hagel, әsas hәdәflәrinin terror tәşkilatı İraq Şam İslam Dövlətini nəzarət altına almaq deyil, onu mәhv etmәk olduğunu deyib.
Fransa, İraq Şam İslam Dövləti təşkilatına qarşı hərbi müdaxiləni nəzərdən keçirdiyini açıqlarkәn, İngiltərə Baş naziri David Cameronun, girov götürdüyü İngilis vətəndaşını öldürməklə təhdid edən təşkilata, İŞİD başa düşmәlidir ki, terroru məğlub etmәk әsas hәdәfimizdir deyәrәk sәrt cavab verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr