Kәrzai, NATO sammitinә qatılmayacaq

Əfqanıstan prezidenti Hәmid Kәrzai NATO sammitinә iştirak etmәyәcәk., Ölkәni Milli Müdafiə naziri Bismillah Məhəmmədinin təmsil edəcək.

110323
Kәrzai, NATO sammitinә qatılmayacaq

Şimali Atlantika Müqaviləsi Təşkilatının Sentyabın 4-5-i İngiltərənin Cənubi Uels vilayyәtindә keçirilәcәyi sammitdә Əfqanıstan prezidenti Hәmid Kәrzainin iştirak etmәyәcәyi, ölkәni Milli Müdafiə naziri Bismillah Məhəmmədinin təmsil edəcəyi bildirilib.
Hәmid Kәrzainin müşaviri Emel Feyzinin sözlәrinә görә, ölkənin әsas seqmentindən xarici qüvvәlәrin çəkilməsindən sonra, Əfqanıstanın təhlükəsizlik ehtiyacları mövzusunda Vaşinqtonla anlaşılmazlıqlar olması səbəbindәn prezident Hәmid Kәrzai NATO toplantısında iştirak etmәyәcәk.
Emel Feyzi Əfqanıstanda davam edən seçki prosesinin, NATO toplantısından əvvəl başa çatdığı tәqdirdә, ölkәni Milli Müdafiə naziri Bismillah Məhəmmədinin tәmsil edәcәyini bildirib.
Xatırladak ki İngiltərənin Baş naziri David Cameron, Əfqanıstanda Prezidentliyә hər iki namizədlə telefon danışığı aparıb, ikisini də NATO zirvəsinə dəvət edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr