İraqda İŞİD təhdidi davam edir

İŞİD xadimləri, şiə Türkmen əhalinin sıx yaşadıqları Tuzxurmatu şәhәrinә üç istiqamәtdәn hücum tәşkil ediblәr.

102037
İraqda İŞİD təhdidi davam edir

İŞİD xadimləri, şiə Türkmen əhalinin sıx yaşadıqları Tuzxurmatu şәhәrinә üç istiqamәtdәn hücum tәşkil ediblәr.
Kərkük və Tuzxurmatu arasındakı Elasrıya, Tuzxurmatu-Tikrit yolu üzәrindәki Salam kәndlәri və Hasa bölgəsində qarşıdurmalar davam edir.
Tuzxurmatu, İraq ordusu ayrıldıqdan sonra 11 İyunda kürd qüvvәlәrinin nәzarәtinә keçmişdi.
BMT-nin mәlumatına әsasәn Kərkük ilə Bağdad arasındakı Amerli qəsəbəsində çoxu Türkmen olmaqla 20 min nәfәr qırğın təhlükəsinә mәruz qalıb.
Digәr tәrәfdәn İraq ordusu, Beici şəhərindә yerlәşәn İraqın ən böyük neftayırma zavoduna istiqamətli hücumun qarşısını aldığını bildirib. Ölkədə şiddət hadisələri də davam edir. Bağdad və Kərkükdə təşkil edilən hücumlarda ölənlərin sayı 48-ә çatıb. Hücumları, İŞİD Təşkilatı boynuna götürdü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr