Qırmızı Aypara Cǝmiyyǝtinın humanitar yardımları
Türkiyǝnin Qırmızı Aypara Cǝmiyyǝti, İraqda evlǝrini tǝrk edib başqa yerlǝrǝ sığınanlara humanitar yardımlarını davam etdirir.
Türkiyǝnin Qırmızı Aypara Cǝmiyyǝti, İraqda evlǝrini tǝrk edib başqa yerlǝrǝ sığınanlara humanitar yardımlarını davam etdirir.
Humanitar yardımlar, İŞİD tǝşkilatının hücumlarından qaçaraq Kürd Bölgǝsindǝ, Ərbilǝ 20 km mǝsafǝdǝki Bahǝrka düşǝrgǝsinǝ sığınanlara çatdırılıb.
Türkiyǝ Qırmızı Aypara Cǝmiyyǝti tǝrǝfindǝn 1400 nǝfǝrin yaşadığı düşǝrgǝdǝ, su, müxtǝlif ǝrzaq vǝ gigiyena materiallarının olduğu bağlamalar paylanıb.
Cǝmiyyǝtin İraq Humanitar Yardım İşlǝri üzrǝ mǝsul rǝsmisi Ümit Türkaslan, 2 aya yaxındır İraqda humanitar yardım fǝaliyyǝtlǝrini davam etdirdiklǝrini bildirib.
Yardımların koordinasiya işlǝrinǝ dayaq olan İraq Türkmǝn Cǝbhǝsi millǝt vǝkili Aydın Maruf, Türkiyǝ hökumǝtinǝ, Türk xalqına vǝ Qırmızı Aypara Cǝmiyyǝtinǝ tǝşǝkkür edib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir