Dost və qardaş ölkə Azərbaycan, Türkiyədəki prezident seçkisini
Dost və qardaş ölkə Azərbaycan da, Türkiyədəki prezident seçkisini yaxından izləyib.
Dost və qardaş ölkə Azərbaycan da, Türkiyədəki prezident seçkisini yaxından izləyib. Bu gün bir çox qəzet və internet saytları Türkiyədəki prezident seçkisi haqqda yazılara yer ayırıblar. Azadlıq qəzeti, seçki nəticəsini "Çankayanın sahibi Ərdoğan" başlığıyla dərc edib. Seçki nəticələrinə tam səhifə ayıran qəzetdə, baş nazir Ərdoğanın üst-üstə doqquz seçkidən də zəfərlə ayrıldığı vurğulanıb.
“APA”, “Trend”, “Lentaz”, “Selamnews” kimi agentliklər də seçki nəticəsini flaş xəbər olaraq yayıb.
Televiziya kanalları isə xəbər buraxılışlarında edilən canlı yayımlarda seçki nəticəsini elan edirlər.
Azərbaycan prezidenti İlham Əliyev isə ənənəsini davam etdirib. baş nazir Ərdoğanı yenə ilk təbrik edən lider olub.
Prezident İlham Əliyev telefon vasitəsilə baş nazir Ərdoğana yeni vəzifəsində uğurlar diləyib.
İki ölkə arasındakı strateji əməkdaşlığın və qardaşlıq anlayışının yeni dövrdə də artaraq davam edəcəyinә əminliyini bildirib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir