Baasçıların iqtidar istәyi

İraqda Maliki hökumətinə müxalif qruplar yığıncaq keçiriblәr.

133097
Baasçıların  iqtidar istәyi

İraqda Maliki hökumətinə müxalif sünni tayfa liderləri ilə köhnə Baas Partiyası üzvləri və sünni müqavimət qruplar, İordaniyanın paytaxtı Ammanda yığıncaq keçiriblәr.
Bağdada nәzarәti әlә keçirәnә qədər döyüşә davam edәcәklәrinә dair qәrar qәbul edәn qruplar, İraqın parçalanmasının әleyhinә müxalif olduqlarını sәslәndiriblәr.
İraqda cәrәyan edәn proseslәrin inqilab olaraq xarakterizә edildiyi yığıncaqda, beynəlxalq cəmiyyətә Maliki hökumətinә dəstəyә son qoyuması haqda çağırış edilib.
Baasçılar, yenidən iqtidara gəlməyi qarşıya mәqsәd goyduqlarını, hәdәflәrinin bütün mәzhәb mәnsublarının bir arada yaşayacağı bir İraq yaradmaq olduğunu qeyd ediblәr.
Yığıncaqda, İraqda Əl Qaidə tәşkilatına qarşı mübarizә edәn Sünni polis qruplarının yenidən yaradılmasına icazә verilmәmәsinә dair qәrar pqәbul edib.
İordaniyanın himayəsində tәşkil edilәn yığıncaq, Sünni tayfaların, köhnə Baasçıların və Sünni xadimlərin iştirakı ilә baş tutan әn böyük iclas olaraq xarakterizə edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr