"Rum tərəfi Avropa Komissiyasına təzyiq edir"

Şimali Qıbrıs Türk Cümhuriyyǝti Xarici İşlər naziri Özdil Nami, Brüsseldə Avropa İttifaqının Qonşuluq Siyasəti və genişləndirmə üzrə komissarı Stefan Füle ilə görüşüb.

122571
"Rum tərəfi Avropa Komissiyasına təzyiq edir"

Şimali Qıbrıs Türk Cümhuriyyǝti Xarici İşlər naziri Özdil Nami, Brüsseldə Avropa İttifaqının Qonşuluq Siyasəti və genişləndirmə üzrə komissarı Stefan Füle ilə görüşüb.
Nami, görüşdǝn sonra verdiyi açıqlamada, Rum tərəfinin Qıbrıslı Türklərǝ tǝtbiq edilǝn sanksiyaların azaltılmasına manǝ olunması üçün Avropa Komissiyasına təzyiq etdiyinə diqqət çəkib.
Rum tərəfinə artıq bu köhnəlmiş siyasətindǝn ǝl çǝkmǝsi üçün çağırış edǝn Özdil Nami deyib ki, bunun müasir olmayan bir yanaşma olduğunu düşünürəm. Mǝsǝlǝnin ǝhatəli şǝkildǝ həll edilmǝsinǝ xidmət etməyən bir siyasǝtdir. Bu düşüncǝlǝr tǝrk edilmǝlidir.
Adanın şimalı Avropa İttifaqına nə qədər yaxınlaşsa əhatəli həll prosesinin dǝ o sǝviyyǝdə asan olacağını vurğulayan nazir bildirib ki, Rum tərəfi sanki İttifaqla bizim yaklaşmamıza mane olsa müzakirǝ prosesindǝ üstünlük ǝldǝ edǝcǝyini zǝnn edir.
“Bu mǝsǝlənin hǝllindǝ başda Avropa Komissiyası olmaqla İttifaqa üzv ölkǝlǝr dǝ ǝllǝrindǝn gǝlǝni yerinǝ yetirmǝlidir. Rum tǝrǝfi artıq bu köhnǝ siyasǝtlǝrdǝn ǝl çǝkib yeni vǝ gǝlǝcǝyǝ istiqamǝtli siyasǝtǝ üz tutmaladır-“deyǝ Şimali Qıbrıs Türk Cümhuriyyǝti Xarici İşlər naziri Özdil Nami vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr