Qurumun yeni sədri seçilib

Azǝrbaycanın paytaxtı Bakıda keçirilǝn ATƏT Parlament Assambleyasının 23-cü sessiyasının son günü quruma yeni sǝdr seçilib.

115252
Qurumun yeni sədri seçilib

Azǝrbaycanın paytaxtı Bakıda keçirilǝn ATƏT Parlament Assambleyasının 23-cü sessiyasının son günü quruma yeni sǝdr seçilib.
Səsvermə nəticəsində bu vəzifəyə Finlandiya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva layiq görülüb.
Kanerva ona göstərilən etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.
ATƏT Parlament Assambleyasının keçirilən 23-cü yay sessiyasında Bakı Bəyannaməsi dǝ qəbul edilib.
Bǝyannamǝdǝ bildirilib ki, ATƏT məkanındakı münaqişələrin həlli istiqamətində tədbirlərin görülməsi, bu münaqişələrin həllində irəliləyişin sülh yolu və danışıqlar vasitəsilə, o cümlədən BMT Nizamnaməsinə, ATƏT-in Helsinki Yekun Aktına və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunması ATƏT-in əsas vəzifələrindən biridir.
Bəyannamədə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin toxunulmazlığı və Helsinki Yekun Aktında yer tutan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır, münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların ölümünə səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilir.
Bəyannamədə Ukrayna böhranına da geniş yer ayrılıb. Orda Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyününün dəstəklǝnmǝsi istənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr