İŞİD, Deer Əz Zur şǝhǝrini mühasirǝyǝ alıb

İŞİD tǝşkilatına mǝnsub silahlılar, Suriyada da Deer Əz Zur şǝhǝrini mühasirǝyǝ alıb.

94145
İŞİD, Deer Əz Zur şǝhǝrini mühasirǝyǝ alıb

İraqda Mosul şǝhǝrini ǝlǝ keçirdiktǝn sonra cǝnub istiqamǝtdǝ irǝlilǝyǝn İŞİD tǝşkilatına mǝnsub silahlılar, Suriyada da Deer Əz Zur şǝhǝrini mühasirǝyǝ alıb.
Neft bölgǝsi olan Deer Əz Zura hücum, İŞİD-in İraqda işğal etdiyi bölgǝlǝrlǝ Suriyada nǝzarǝtindǝki bölgǝlǝri birlǝşdirmǝ sǝylǝri olaraq dǝğǝrlǝndirilir.
Silahlıların, son olaraq Fǝrat çayı üzǝrindǝki körpünü ǝlǝ keçirǝrǝk, Deer Əz zurdan giriş-çıxışlara mane olduğu bildirilib.
Şǝhǝrdǝ Әl Nusra Cǝbhǝsi ilǝ İŞİD silahlıları arasındakı toqquşmaların davam etdiyi, 40 gündǝ 600-dǝn çox insanın öldüyü açıqlanıb.
İŞİD silahlıları, İraqda isǝ Bağdada 80 km yaxınlaşıb. Silahlalırın şiǝlǝrin müqǝddǝs mǝkanlarının yerlǝşdiyi Sammara şǝhǝrini ǝlǝ keçirmǝk üçün son hazırlıqlarını gördüklǝri qeyd edilib.
Bağdadda könüllü insanlar İŞİD-ǝ qarşı toqquşmaq üçün hǝrbi hissǝlǝrǝ qoşulmaqda davam edir.
ABŞ sǝfirliyinin, lazım olsa diplomatlarını Bağdaddan çıxarmaq üçün müxtǝlif planlar hazırladığı da bildirilib.
İŞİD, internet üzǝrindǝn yayımladığı açıqlamada, 1700 İraq ǝsgǝrini öldürdüyünü irǝli sürüb.
BMT rǝsmilǝri isǝ, Mosulda sadǝcǝ bir küçǝdǝ İraq ǝsgǝrlǝrilǝ 17 sakinin cǝsǝdlǝrinin görüldüyünü açıqlayıb.
Rǝsmilǝr, İŞİD silahlılarının hǝbsxanalardan çıxardığı mǝhkumların da, İraq polis ǝmǝkdaşlarını tǝqib etdiklǝrini, çoxlu sayda polisin öldürüldüyünü qeyd ediblǝr.
İŞİD silahlılarına keçmiş BAAS partiyasına mǝnbus olanların qoşulduğu barǝdǝ dǝ xǝbǝrlar yayılır.
Edam edilǝn Sǝddam Hüseynin qızı, BAAS partiyasına mǝnsub olanların İŞİD ilǝ birgǝ hǝrǝkǝt etdiklǝrini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr