Bağlanda ölənlərin sayı 70-ə çatıb

Bağlan vilayətində təbii fəlakətdə ölənlərin sayı 70-ə çatıb.

86714
Bağlanda ölənlərin sayı 70-ə çatıb

Əfqanıstanın şimalındakı Bağlan vilayətində təbii fəlakətdə ölənlərin sayı 70-ə çatıb.
Güclü yağışların yağması nəticəsində yaranan seldə 800-dən çox ev uçub, 38 kənd su altında qalıb. Yaşayış məntəqələrində xeyli sayda insan su altında qalıb. Ölənlərin sayının artacağı istisna olunmur. Xilas olanlar isə palçıq içində qalan əşyalarını götürməyə çalışır. Mütəxəssislər bölgədə evlərin uçduğunu, içməli suyun olmadığını, əhaliyə yorğan və qida çatdırmağa çalışdıqlarını bildirrlər. Qeyd edək ki, ötən ay təbbi fəlakət nəticəsində bölgədəki bir kənddə sel və torpaq sürüşməsi nəticəsində 300 nəfər həlak olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr