Seçki nәticәlәri açıqlanıb

Bәşәr Әsәd yenidәn prezident seçilib.

83381
Seçki nәticәlәri açıqlanıb

Suriyada keçirilәn prezident seçkisinin nəticələri açıqlanıb.
Məclis sәdrinin mәlumatına әsasәn, geyri rəsmi seçki nəticələrinә görә Bәşәr Əsəd 88,7 faiz sәs toplayaraq qәlәbә qazanıb.
Avropa İttifaqı, seçimi "qeyri-qanuni " olaraq xarakterizə edib.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrә Nümayəndəsi Ketrın Eşton , Avropa iüttifaqı, Suriyadakı problemә həll tapmaq mәqsәdi ilә edilәn sәylәrә zәrbә endirәn seçkilәri qeyri-qanuni adlandırıb.
Seçki qanununun qüsurlu olduğunu ifadə edən Eşton, sürgün edilən müxalifət liderlərinin namizəd olmalarına və alternativ kampaniyaların tәşkil edilmәsinә maneə törədildiyini, bu sәbәbdәn 3 İyunda keçirilәn seçkilәrin demokratik olmadığını vurğulayıb.
150 mindən çox adamın hәyatını itirmәsinә, 6 milyon yarım insanın didәrgin, 2 milyon yarım әhalinin isə qaçqın düşməsinə səbəb olan hərbi əməliyyatların davam etdiyini xatırladan Eşton, Suriyada keçiriləcək bütün seçkilərin beynəlxalq cəmiyyətin yüksәk qiymәtlәndirәcәyi gerçək bir siyasi proses çərçivəsində baş tutmasının vacibliyini qeyd edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr