TANAP layihəsindəki pay artırılacaq

Türkiyənin “Şahdəniz 2” layihəsində payı 9 fazidən 19 faizə,TANAP layihəsindəki payı isə 20 faizdən 30 faizə dək artırılacaq.

77534
TANAP layihəsindəki pay artırılacaq

Bu gün Baş nazir Rəcəp Tayyib Ərdoğanın iştirakı ilə İstanbulda “Şahdəniz 2” və “Trans Anadolu” Təbii qaz Boru kəməri layihələrində payların artırılması ilə bağlı imzalanma mərasimi keçirilib.
Qeyd edək ki, Türkiyənin “Şahdəniz 2” layihəsində payı 9 faizdən 19 faizə,TANAP layihəsindəki payı isə 20 faizdən 30 faizə dək artırılacaq.
Azərbaycanın ən böyük təbii qaz yataqlarından biri olan “Şahdəniz 2” çıxarılacaq qazın 2019-cu ildən etibarən TANAP ilə Türkiyəyə, ordan da Avropaya çatdırılması planlaşdırılır.
İllik 16 milyard kubmetr qazın 6 milyard kubmetrini Türkiyə öz daxili istehlakı üçün istifadə edəcək, 10 milyard kubmetr qaz isə “Trans Adriatik” qaz boru xətti ilə Avropaya daşınacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr