Qıbrısda müzakirә prosesi davam edir

Türk tәrәfi bu məsələlərə dair 3 yeni tәklif tәqdim edib.

67403
Qıbrısda müzakirә prosesi davam edir

Vasitəçilər ötәn gün neytral bölgәdә bir araya gәlәrәk federal sәlahiyyәtlәr, xarici әlaqәlәr vә mülkiyyәt məsələlərini müzakirә ediblәr.

Türk tәrәfi bu məsələlərə dair 3 yeni tәklif tәqdim edib.

Toplantının ilk gündәm maddәsi isә müzakirәlәrdә tәqdim edilәn tәkliflәrin Qıbrıs Rum mәtbuatına sızdırılması mәsәlәsi olub.

BMT-nin Qıbrıs mәsәlәsi üzrә xüsusi nümayәndәsi Lisa Buttenheim vә Türk vasitəçi Kudret Özersay bununla bağlı narhatlıqlarını dilә gәtiriblәr.

Avropa İnsan Haqları Mәhkәmәsinin qәrarına da münasibət bildirən Özersay, qәrarın sәhv bir zamanda qәbul edildiyini vurğulayıb və bunun Qıbrıs Rum tәrәfindә arxayınlıq, mәhkәmә qәrarı ilә istәdiklərini әldә etmək düşüncәsinin yaranacağını, bunun isə ciddi problәmә sәbәb ola biləcəyini deyib.

Vasitəçilər gәlәn hәftә yenidәn bir araya gәlәrәk mәsәlәnin hәllinә dair qarşılıqlı tәkliflәrini tәqdim edәcәklәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr