Suriyalı qaçqınlar evlәrinә qayıdırlar

Homsda әhali evlәrinә qayıdmağa başlayıb.

65503
Suriyalı qaçqınlar evlәrinә qayıdırlar

Suriyada rejim qüvvlәri ilә qarşılıqlı olaraq әsirlәrin mübadilə edilmәsi nәticәsindә, təxminən 2 ildir mühasirədə olan Homs bölgəsindən ayrılan qaçqınlar yenidәn evlərinə qayıtmağa başlayıblar.

Homs şәhәrinin Hәmidiyә mәhәllәsinә qayıtmağa başlayan әhaliyә, bölgədə elektrik və su olmadığı üçün Suriya Qırmızı Aypara Cәmiyyәti tәrәfindәn başda şam olmaqla yardım vәsaiti paylanıb.

Әldә edilәn mәlumata әsasәn, Hәmidiyә mәhәllәsindә rejim qüvvәlәri ilə silahlı müxaliflər arasında baş verәn qarşıdurmalar səbəbiylə çox sayda ev və iş yeri dağılıb. Məscid və kilsələrә ziyan dәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr