Azərbaycan MN: Kəlbəcərdə mina partlayışı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub.

1919023
Azərbaycan MN: Kəlbəcərdə mina partlayışı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Nazirliyin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - məlumatda qeyd edilib.



Әlaqәli Xәbәrlәr