Azərbaycan XİN başçısı: “Sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi üçtərəfli görüş ilə bağlı paylaşım edib.

1903467

Ceyhun Bayramov tviterdə yazıb:

“ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüm olub. Mən bir daha Azərbaycanın Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu bəyan etdim, həmçinin bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”.

Qeyd edək ki, noyabrın 7-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən üçtərəfli görüşü olub. 

ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə Ağ evin tarixi rəsmi qonaq evi “Blair House”da baş tutan görüşdə E.Blinken Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin “cəsur addımları”nı yüksək qiymətləndirdiyini bildirib: 

"Hazırda gördüklərimiz hər iki ölkənin keçmişi geridə qoyması və davamlı sülhə doğru çalışması üçün real addımlar və cəsarətli addımlardır. Həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar bu səylərdə sizə dəstək olmaq üçün əlimizdən gələni etmək əzmindədir”.

E.Blinken qeyd edib ki, danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasında görüşlər zamanı olan müzakirələr və Ermənistan, Azərbaycan və ABŞ rəsmiləri arasında aparılan digər görüşlərə əsaslanacaq.

Әlaqәli Xәbәrlәr