Gəncədə erməni terroru zamanı şəhid olanların xatirəsi anılıb

Gəncədə Vətən müharibəsi zamanı ermənilərin şəhərdə törətdiyi terror hadisəsi zaman şəhid olanların xatirəsi anılıb.

1721009
Gəncədə erməni terroru zamanı şəhid olanların xatirəsi anılıb

Gəncədə Vətən müharibəsi zamanı ermənilərin şəhərdə törətdiyi terror hadisəsi zaman şəhid olanların xatirəsi anılıb.

Anım mərasimində Milli Məclisin üzvləri, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyəti, həmçinin İslam, xristian və yəhudi din xadimləri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Ermənistan silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Mərasim zamanı dağıntılar olan yerə gül dəstələri qoyulub, şəhid olanların ruhlarına ehtiram əlaməti olaraq dualar oxunub.



Әlaqәli Xәbәrlәr