Ağır yaralanan daha 7 qazi Türkiyəyə gətirildi

Ağır yaralanan daha 7 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

1649004
Ağır yaralanan daha 7 qazi Türkiyəyə gətirildi

"YAŞAT" Fondu tərəfindən Türkiyədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 94 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 32-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.


Etiketlәr: #"YAŞAT" Fondu

Әlaqәli Xәbәrlәr