Hulusi Akarın yazdığı məktub şəhid ailəsinə çatdırılıb

Hulusi Akarın Azərbaycan Ordusunun Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçusu

1586300
Hulusi Akarın yazdığı məktub şəhid ailəsinə çatdırılıb
Valeh Memiyev'in ailesi Akar mektup1.jpg
Valeh Memiyev'in ailesi Akar mektup.jpg

Milli müdafiə naziri Hulusi Akarın Azərbaycan Ordusunun Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazirliyin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində şəhidin ailə üzvləri ilə görüşərək məktubu çatdırıb. Şəhidin məzarı ziyarət edilərək önünə Müdafiə Nazirliyi adından çələng qoyulub.

H. Akarın Məktubda deyilir:

“Şəhid baş leytenant Valeh Məmiyevin hörmətli ailəsinə.

Əziz, qiymətli Məmiyevlər ailəsi,

Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük dastana dönən mübarizədə ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizləri dərindən üzdü.

Baş leytenant Valeh Vətən torpağının işğaldan qurtarılacağına dair verdiyi sözü tutmuş və Qubadlı rayonuna bağlı yaşayış məntəqələrinin qurtarılmasından sonra şəhadət məqamına ucalmışdır.

Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq. Onların əziz xatirələri sonsuza qədər qəlbimizdə yaşayacaq.

“Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın kədəri də sevinci də birdir. Sizlərin sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanları ilə sonunadək Azərbaycan Türkü qardaşlarımızın yanında olmaqda davam edəcək.

Şəxsən və Milli Müdafiə Nazirliyinin əməkdaşları adından acınızı ürəkdən paylaşır, əziz şəhidlərimizə Allahdan rəhmət, siz dəyərli ailəsinə səbir diləyir, başsağlığı verirəm.

Münasib bir vaxtda əziz şəhidimizin hörmətli ailəsi olan Sizləri Türkiyədə qarşılamaqdan məmnun olaram.

Salam və ehtiramlarımla, Hulusi Akar”.

Hulusi Akarın Azərbaycanın ucqar dağ kəndində yaşayan şəhid ailəsinə göndərdiyi səmimiyyətlə dolu məktub bütün kənd sakinlərinin böyük sevgisi ilə qarşılanıb. Məmiyevlər ailəsi nazir Hulusi Akara cavab məktubu ünvanlayıblar.



Әlaqәli Xәbәrlәr