Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısı dərc olunub

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

1549334
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısı dərc olunub

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

Azərbaycan Müdafiə Nazirliyinin saytında bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.

Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Qeyd edək ki, Azərbaycan Ordusunun 27 sentyabrda başlatdığı əks-hücum əməliyyatında 5 şəhər mərkəzi, 4 rayon və 286 kəndin azad edilməsi qarşısında Ermənistan məğlubiyyəti qəbul etmiş, aşğal altındakı Ağdam, Laçın və Kəlbəcər şəhərlərini boşaldacağı vədini verən  Bəyannamə imzalamışdı.

Ermənistan ordusu 20 noyabrda Ağdamdan, 25 noyabrda Kəlbəcərdərn və dekabrın 1-də Laçından çıxmışdır. 



Әlaqәli Xәbәrlәr