Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı hazırlıq işləri davam edir

Azərbaycanda Zəfər paradı hazırlıqları davam edərkən, paradda iştirak edəcək Türk əsgəri də artıq Bakıdadır.

1541883
Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı hazırlıq işləri davam edir

Azərbaycanda Zəfər paradı hazırlıqları davam edərkən, paradda iştirak edəcək Türk əsgəri də artıq Bakıdadır. 

Azərbaycanın paytaxtı Bakıda Prezident Ərdoğanın da qatılacağı Qarabağ Zəfəri paradına hazırlıq işləri davam edir. Türkiyədən gələn birliklər də paytaxt küçələrində hazırlıq işlərində iştirak edirlər.

Vətən müharibəsində Qələbəyə həsr olunan hərbi paradda iştirak edəcək Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri hazırlıq məqsədilə uçuşlar keçiriblər. 

Zəfər Paradında müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Parada, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq. 



Әlaqәli Xәbәrlәr