Azarbaycan Xarici İşlәr Nazirliyi bәyanat yayıb

Azarbaycan XİN:“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib''

1500570
Azarbaycan Xarici İşlәr Nazirliyi bәyanat yayıb

 

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar verdiyi açıqlamaya münasibətdə bildirmək istərdik ki, Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin mətbuat açıqlamasında deyilir.

“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib'',-deyə Azərbaycan Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.

Bəyanatda həmçinin vurğulanıb ki, Ermənistanın son aylar ərzində Azәrbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir.



Әlaqәli Xәbәrlәr