Azərbaycan Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur.

1498298
Azərbaycan Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.

Nazirliyin məlumatına görə, düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank Azərbaycan bölmələrinin dəqiq atəşi ilə məhv edilib.



Әlaqәli Xәbәrlәr