Çin vә Qәrb arasındakı gәrginlik

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Çin vә Qәrbin media sahәsindәki mübahisәsini qiymәtlәndirәcәyik.

1585591
Çin vә Qәrb arasındakı gәrginlik

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Çin vә Qәrbin media sahәsindәki mübahisәsini qiymәtlәndirәcәyik.

Son günlәrdә uyğurlar ilә bağlı  Çin vә Qәrb arasında media sahәsindә gәrginliyin artdığı müşahidә olunur. İlk olaraq mәsәlә ilә bağlı son proseslәri qiymәtlәndirәk.

2021-ci ilin 4 fevral tarixindә İngiltәrә  Çin Xalq Respublikasın ''China Global Television Network'' yayım  quruluşunun yayımını dayandırdı. İngiltәrә telekanalın sahibi tәrәfindәn deyil, Çin Komunist Partiyası tәrәfindәn idarә edildiyini irәli sürdü. ''The Telegraph'' qәzeti dә cәsusluq etdiklәri iddiası ilә 3 Çin vәtәndaşının deportasiya edildiyi ilә bağlı xәbәr yaydı.
2021-ci ilin 5 fevral tarixindә Çin mediası Qәrbin Sincar ilә bağlı yaydığı xәbәr vә mәqalәlәrini tәkzib edәn mәqalә yayımladı. ‘‘Şinxua’’ agentliyinin yaydığı xәbәrdә Mayk Pompeo vә  Adrian Zenzin açıqlamaları başda olmaqla Qәrb mediasının uyğurlarla bağlı yaydığı xәbәrlәrin hәqiqәti әks etdirmәdiyi bildirilib.

Çinin rәsmi ‘‘Jenmin Jibao’’ qәzeti 2021-ci ilin 8 fevral tarixindә fransız yazıçı Maksime Vivasin verdiyi  müsahibәni yayımladı. Maksime Vivas 2020-ci ilin sonunda fransız dilindә Sincardakı vәziyyәtlә bağlı ''Uyğurlar:  Hәqiqәti әks etdirmәyәn xәbәrlәrә son''  adlı kitabını yayımlamışdı. Vivas qәzetdәki mәqalәsindә terrorun qarşısını almaq üçün Çinin Sincarda atdığı addımları dәstәklәdiyini vә Çinә qarşı Qәrbdә qaralama kampaniyalarının aparıldığını bildirdi.

2021-ci ilin 9 fevral tarixindә Çin Amerika Birlәşmiş Ştatlarının ‘‘Clubhouse’’ sosial media sәhifәsini qadağan etdi. Son dövrdә ‘‘Clubhouse’’ sosial media sәhifәsindә Sincardakı ‘‘tәhsil düşәrgәlәri’’ tez-tez gündәmә gәlirdi. 2020-ci ilin aprel ayında ‘‘Clubhouse’’ sosial media sәhifәsi Çindә populyarlaşmışdı.

2021-ci ilin 11 fevral tarixindә Pekin rәhbәrliyi  Çinin milli maraqları ilә üst-üstә düşmәdiyi vә qanunsuz olduğu üçün BBC World Newsun ölkәdәki fәaliyyәtlәrini dayandırdı. Әslindә bu addım ‘‘China Global Television Network’’ yayım quruluşunun fәaliyyәtinin dayandırılması vә BBC telekanalının uyğurlarla bağlı yayımladığı  xәbәrlәrә olan bir reaksiya idi.

Fevral ayının әvvәlindә insan hüquqları üzrә olan 180 tәşkilat Pekindә keçirilmәsi planlaşdırılan 2022 Qış Oyunlarını boykot etmәyә çağırış etmişdi. Bu tәşkilatlar eyni çağırışı keçәn ay da etmişdi.

Bu arada Sәudiyyә Әrәbistanının Çindәki sәfiri Әli Obeyd al-Laherinin vә Pakistan Senatının xarici әlaqәlәr komitәsinin sәdri Müşahid Hüseyn Seyitin Uyğur mәsәlәsi ilә bağlı Pekinin siyasәtini dәstәklәyәn müsahibәlәri yayımlandı.

 Çin ilә Qәrb arasında media sahәsindәki gәrginlik davam edir. Tәrәflәr qarşılıqlı olaraq bir-birinin media qurumlarının yayımlarını qadağan etmәyә başladı. Co Bayden administrasiyasının bu mәsәlәdә Trampın siyasәtini davam etdirәcәyi ilә bağlı siqnal vermәsi media sahәsindәki cәbhәlәşmәnin qarşıdakı dövrdә  daha da arta bilәcәyini göstәrir. Mәrkәzi Pekindә yerlәşәn xәbәr vә yayım quruluşlarının yayımlarının Rusiya vә Pakistan kimi ölkәlәrdә dә yayımlanması Çinin bu mövzuda tәk olmadığını göstәrir. Hәm Çin, hәm dә Qәrbin Uyğur mәsәlәsini öz maraqları üçün istifadә etdiyini unudmamalıyıq.



Әlaqәli Xәbәrlәr