Yəməndə münaqişə yenidən alovlanıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndə atəşkəs səyləri davam edərkən, hökumət qüvvələri ilə husi qiyamçıları arasında toqquşmalar yenidən alovlanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndə atəşkəs səyləri davam edərkən, hökumət qüvvələri ilə husi qiyamçıları arasında toqquşmalar yenidən alovlanıb.
Tərəflər arasında toqquşmalar xüsusilə Yəmənin Marib və Taiz bölgələrində baş verib.
Husilərə bağlı olan SABA xəbər agentliyi dünən hökumət qüvvələri ilə toqquşmalarda 2-si yüksək səviyyəli komandir olmaqla 11 silahlının həyatını itirdiyini bildirib.
Sözügedən rəqəmin husilərin son bir ildə gündəlik olaraq açıqladığı ən çox ölüm sayı olduğu ifadə edilib.
Yəmən ordusunun Taizdəki qüvvələri isə cümə günü axşam saatlarında hərbi mövqelərə doğru hərəkət edən husilərə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Әlaqәli Xәbәrlәr
Amerikalı qadın 3 yaşlı uşağı niyə boğmağa cəhd etdi?
Sözügedən hadisədən dərin narahatlığını bildirən Bayden deyib ...