Hindistanda turist qayığı batıb, 21 nəfər ölüb

Hindistanın Kerala əyalətində turist qayığının batması nəticəsində 21 nəfər ölüb.

1983632
Hindistanda turist qayığı batıb, 21 nəfər ölüb

Hindistanın Kerala əyalətində turist qayığının batması nəticəsində 21 nəfər ölüb.

Qayıqla səyahət zamanı neçə nəfərin olduğu hələlik dəqiq bilinmədiyi üçün qurbanların sayı daha da arta bilər. Buna görə də xilasedicilər axtarışları davam etdirirlər.

Hadisədən dərhal sonra Dövlət Səhiyyə Departamentində nazirin iştirakı ilə fövqəladə iclas keçirilib və orada zərərçəkənlərə təcili yardımın göstərilməsi barədə qərar qəbul edilib.

Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib.

Yerli hakimiyyət orqanları ikimərtəbəli gəminin göyərtəsində 35-40 sərnişinin olduğunu bildirib. Hadisə şahidlərinin sözlərinə görə, qayıqda sıxlıq olub, sərnişinlərin əksəriyyətində xilasedici jiletlər olmayıb.



Әlaqәli Xәbәrlәr