Vatikanda Qara dəniz Taxıl Təşəbbüsü müzakirə edilib

Vatikanda keçirilən paneldə Türkiye və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi Qara dəniz Taxıl Təşəbbüsü müzakirə edilib.

1982898
Vatikanda Qara dəniz Taxıl Təşəbbüsü müzakirə edilib

Vatikanda keçirilən paneldə Türkiye və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi Qara dəniz Taxıl Təşəbbüsü müzakirə edilib.

Türkiye və Ukraynanın Vatikan səfirliklərinin təşəbbüsü ilə Yunus Əmrə İnstitutu Roma Türk Mədəniyyət Mərkəzinin ev sahibliyi ilə “Çörək və Sülh: Qara dəniz Taxıl Təşəbbüsü və diplomatik həll üçün vasitəçilik səyləri” adlı panel keçirilib.

Vatikanın xarici işlər naziri Paul Riçırd Qallaqher Taxıl Təşəbbüsünün əhəmiyyətini ifadə edərək, Türkiyenin səylərindən danışıb:

“Beynəlxalq ictimaiyyət Türkiyeyə göstərdiyi cəsarətə və bu razılaşmada etdiklərinə görə minnətdardır. Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi vacibdir".

Türkiyenin Vatikan səfiri Ufuk Ulutaş da bütün dünyanın diqqətinin Ukrayna müharibəsində olduğunu vurğulayıb.

Ulutaş sülh ümidlərindən danışılması lazım olduğunu bildirib.

Qeyd edək ki, əgər Rusiyanın etirazları həll olunmasa, sazişin müddəti mayın 18-də başa çatacaq.

Qlobal ərzaq böhranının həlli üçün Ankaranın koordinasiyası ilə həyata keçirilən taxıl daşınması sazişi iyulun 22-də İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiye və BMT arasında imzalanıb.

Türkiyenin ev sahibliyi etdiyi dördtərəfli danışıqlar nəticəsində noyabrın 19-dan razılaşmanın müddəti 120 gün uzadılıb.

Mayın 4-də milli müdafiə naziri Hulusi Akar taxıl təşəbbüsü ilə bağlı iclasa dair “Nazir müavinlərinin iclasından əvvəl BMT, Türkiye, Rusiya və Ukraynadan olan texniki personalın iştirakı ilə toplantı keçirmək zərurəti yaranıb. Bu görüş sabah (bu gün) keçiriləcək, gələn həftə nazir müavinlərinin görüşü olacaq” deyib.



Әlaqәli Xәbәrlәr