İsveç parlamenti terrorla mübarizə qanununu təsdiq etdi

İsveç parlamenti terrorla mübarizə üzrə yeni cinayət məcəlləsi layihəsini təsdiqləyib.

1982377
İsveç parlamenti terrorla mübarizə qanununu təsdiq etdi

Türkiyenin İsveçdən NATO-ya üzvlük üçün daha sərt anti-terror tədbirləri görmək tələbinə uyğun olaraq, İsveç parlamenti terrorla mübarizə üzrə yeni cinayət məcəlləsi layihəsini təsdiqləyib.

İsveç parlamentində keçirilən səsvermədə terror təşkilatının fəaliyyətini təşviq edən, gücləndirən və ya dəstəkləyən şəxslərə maksimum dörd il həbs cəzası nəzərdə tutan qanun layihəsi 34 əleyhinə 268 səslə qəbul edilib.

İyunun 1-dən qüvvəyə minəcək qanunda vəziyyəti ağırlaşdıran hallar olduqda minimum iki, maksimum səkkiz il həbs cəzası veriləcək, terror təşkilatlarını maliyyələşdirən və ya dəstəkləyən şəxslərin tutulması və mühakimə olunması üçün rəsmilərin səlahiyyətləri genişləndiriləcək.



Әlaqәli Xәbәrlәr