Əqsa məscidinə basqınlar davam edir

İsrail polisinin himayəsi altındakı onlarla fanatik yəhudi işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinə basqın edib.

1973002
Əqsa məscidinə basqınlar davam edir

İsrail polisinin himayəsi altındakı onlarla fanatik yəhudi işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinə basqın edib.

Fanatik yəhudilər 5-13 aprel tarixlərini əhatə edən Pasxa bayramı səbəbilə Əqsa məscidinə basqınlarını davam etdirir.

Şahidlərdən əldə edilən məlumata görə, basqından əvvəl çoxlu sayda İsrail polisi Əqsa məscidinin müxtəlif yerlərində yerləşdirilib və onlardan bir qismi Qiblə məscidinin damına çıxıb.

Fanatik yəhudilər İsrail polisinin himayəsi altında Məğaribə qapısından məscidə daxil olublar.

İsrail qüvvələri 50 yaşdan aşağı fələstinlilərin də səhər namazı üçün Əqsaya daxil olmasına mane olub. Onlarla fələstinli səhər namazını çöldə, məscidin qapıları yaxınlığında qılıb.

Fanatik yəhudilərin basqını zamanı Əqsadakı fələstinlilər təkbir söyləyərək basqına etirazlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr