Niaqara şəlaləsi buxarlanıb
Monteneqro mətbuatında yer alan xəbərlərə görə...
1862730

Monteneqronun paytaxtı Podqoritsa yaxınlığındakı Niaqara şəlaləsi quruyub.
Milli mətbuatda yer alan xəbərlərə görə, iyul ayında ölkəyə təsir edən həddindən artıq istilər Podqoritsadan 4 kilometr aralıda, ölkənin ən məşhur gəzinti zonasında yerləşən Niaqara şəlaləsini buxarlandırıb. Suyunu Sievna (Cijevna) çayından alan şəlalə çay suyunun azalması səbəbindən quruyub.