“Rusiya-Ukrayna müharibəsini Avropa alovlandırır”, V.Orban

Almaniyanın “Axel Spriger” qrupuna bağlı “Bild” və “Welt” qəzetlərinə verdiyi müsahibədə Avropanın Rusiya-Ukrayna müharibəsindəki rolunu tənqid edən V.Orban deyib ...

2160709
“Rusiya-Ukrayna müharibəsini Avropa alovlandırır”, V.Orban

 

  Macarıstanın Baş naziri Viktor Orban Avropanın Rusiya-Ukrayna müharibəsini alovlandırdığını söylədi.

  Almaniyanın “Axel Spriger” qrupuna bağlı “Bild” və “Welt” qəzetlərinə verdiyi müsahibədə Avropanın Rusiya-Ukrayna müharibəsindəki rolunu tənqid edən V.Orban deyib: “Bunu demək məcburiyyətində qaldığım üçün üzgünəm, amma Avropanın müharibə siyasəti var.

  Avropa ABŞ-dan ayrı bir siyasət yürütməlidir. Çünki döyüşən iki tərəfin də əsl qurbanı Avropa iqtisadiyyatı və əhalisidir.

  Rusiya-Ukrayna münaqişəsinin həll yolu cəbhədə deyil. Biz insanlar dünya sülhü istəyirik. Bir-birimizi öldürməyi dayandırın. Danışıqlara başlayaq, ya da ən azından anlayın ki, meydanda həll yoxdur.

  Növbəti iki-üç ay düşündüyümüzdən daha qəddar olacaq. Müharibədən sülh siyasətinə keçmək üçün doğru zamandır.

  Bir çox Avropa siyasətçisi “dərhal mövcud olmayan bir həll” istəyir. Sülhə gedən yol müharibədə olanların və ya müharibəyə yaxın olanların sülh istəməsindən başlayır. Müharibə göydən düşmür, müəyyən insanların qərarlarının nəticəsidir.

  Çin, ABŞ və Avropa İttifaqı nə edir? Çinin sülh planı var, ABŞ-ın müharibə siyasəti, Avropa isə Amerikanın mövqeyini kopyalayır”.



Әlaqәli Xәbәrlәr