Türkiyə-Rusiya münasibətlərinin bölgəyə təsiri

Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalının “Daily Sabah”dakı (02.07.2016) məqaləsi, II hissə

522792
Türkiyə-Rusiya münasibətlərinin bölgəyə təsiri

  Türkiyə üçün ikinci böyük uğur Rusiya ilə yaşanan normallaşmadır. Bu vəziyyət bir çoxu üçün sürpriz oldu. Əslində Rusiya təyyarəsinin 2015-ci ilin noyabr ayında salınmasından bəri davam edən böhranın öhdəsindən gəlmək üçün aylardır işlər görülürdü. Təsirli arxa qapı diplomatiyası ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə rus pilotun öldürülməsiylə bağlı kədər və peşmanlığı ifadə edən məktub göndərdi. Hər iki lider bölgədəki əlaqələri normallaşdırmaq üçün cəsur addım atdılar.

  Yeni yanaşma Putinin Türkiyəyə tətbiq edilən bütün iqtisadi və turizm tətbiqlərinin aradan qaldırmasına sürətlə təsir edəcək.

  Bu gözəl xəbər hər iki tərəfin vətəndaşları və iş adamları tərəfindən böyük sevinclə qarşılandı.

  İqtisadiyyatla yanaşı Türkiyə-Rusiya əlaqələrində kilid nöqtələrdən biri olan Suriya müharibəsinin də gələcəyi və terrorizmə qarşı birgə mübarizə məsələlərinin qarşılıqlı həll edilməsi gözləniıir.

  29 iyunda etdikləri telefon danışığında Ərdoğan və Putin hər iki məsələ üzərində işləmək üçün razılaşdılar və öz qruplarını məsələnin təqibi üçün vəzifələndirdilər. Bu əhəmiyyətli bir inkişafdır. Atəşkəsin təmini və rejimin dəyişməsi - bu iki mövzu BMT liderliyindəki Vyana və Cenevrə proseslərinin iki açar ünsürüdür. Artıq Suriyada getdikcə pisləşən vəziyyət üzərində müsbət nəticələr əldə olunacaq.

  Türkiyənin Suriya müharibəsinə münasibəti və Bəşər Əsədin gələcəyi barədə mövqeyi hər kəsə yaxşı məlumdur. Artıq Türkiyə və Rusiya arasında yenilənən səylərin Suriyadakı vəziyyəti nəzarətəalma potensialı olacaq. Bu vəziyyət Türkiyəyə Suriya torpaqlarından gələn DAEŞ terroruna qarşı mübarizə aparmağa da kömək oalcaq.

  İstanbul Atatürk Beynəlxalq Hava limanında terror hücumunun İsrail və Rusiya ilə edilən bu müqavilələrdən sonra meydana gəlməsi heç də təsadüf deyil. DAEŞ hər iki razılaşmaya qarşıdır və Türkiyəni strateji bir hədəf olaraq görür. Çünki Türkiyə bu terror təşkilatına qarşı ciddi tədbirlər görməkdə və bu istiqamətdəki səylərini ABŞ, indi də Rusiya və İsraillə koordinasiyalı şəkildə davam etdirəcək.



Әlaqәli Xәbәrlәr