Son 3 ildə həyatını itirənlərin sayı son 30 ildə ölənlərdən daha çox olub
Araşdırmanın rəhbəri Siri Aas Rustad sözügedən mövzu ilə bağlı deyib ...
![Son 3 ildə həyatını itirənlərin sayı son 30 ildə ölənlərdən daha çox olub](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/a869/33d4/0e11/66681229a67a0.jpg?time=1722042265)
Dünyada gərginliyin və zorakılığın artması ilə 2023-cü il silahlı qarşıdurmaların ən çox olduğu illərdən biri kimi qeydə alınıb.
Norveçdə Oslo Sülh Araşdırmaları İnstitutunun (PRİO) apardığı araşdırmada 2023-cü ilin İkinci Dünya Müharibəsinin (1941-1845) bitməsindən sonra dünyada ən çox zorakılıq və silahlı qarşıdurmaların yaşandığı illərdən biri olduğu bildirilib.
Ötən il dünyada 59 münaqişə olub ki, onlardan 28-i Afrika qitəsində baş verib.
Araşdırmanın rəhbəri Siri Aas Rustad sözügedən mövzu ilə bağlı deyib: "Soyuq Müharibə bitdikdən sonra dünyada zorakılıq ən yüksək həddə çatıb. Müxtəlif ölkələrdə müxtəlif münaqişələr getdikcə böyüyür.
Son 3 ildə münaqişələrdə həyatını itirənlərin sayı son 30 ildə ölənlərdən daha çox olub. Belə ki, 2023-cü il boyu qarşıdurmalarda 122 mindən çox, ötən ilin sadəcə 3 ayı kimi qısa müddətdə isə Ukraynada 71 min, Qəzzada isə 23 min adam həyatını itirib".
İsveçin Uppsala Universitetinin Münaqişələr üzrə Məlumat Proqramının məlumatlarından istifadə edilən araşdırmada 1946-2023-cü illər arasındakı qlobal münaqişələrə də toxunulub.