MOLLA NӘSRӘDDİN

116199
MOLLA  NӘSRӘDDİN

Bir gün Molla Nəsrəddin içində qatıq mayası olan böyük bir qabdala gölün kənarına gəlir. Molla qatıq mayasını qaşıqla gölə tökməyə başlayır. Onun bu hərəkətini görən xalq, molla nə edirsәn deyә sual verir. Molla qəh-qəhə ilə gülərək qatıq çalıram deyir. Onun bu sözünә çaşan əhali “Molla heç göl qatıq mayası tutarmı deyirlәr. Molla isә ya tutarsa deyә cavab verir.
Molla Nəsrəddin bütün dünyada hazırcavablığ ilə tanınan, Anadolunun ən zəhlətökən xalq sənətkarlarık nümunәsidir. Nəsrəddin Xocanın ən geniş yayılan lətifələrindən biridir 'ya tutarsa'. Olmayacaq həvəslər arxasında qaçan insanlara dərs vermə məqsədini zarafatlı bir şəkildə yerinə yetirən bu lətifə, Beynəlxalq Akşehir Nəsrəddin Xoca Şənliyinin əsas mövzularından biridir. Türkiyənin ən tarixi festivallarından biri olan Nəsrəddin Xoca şənliyi 5 və 10 iyul tarixləri arasında Konyanın Akşehir qisәbәsini şənləndirir. Tədbir 4 iyul günü Nəsrəddin Xocanın türbədən şənliyə dəvət edilməsi ilə başlayır. İştirakçılar Akşehir gölünə maya qatıq mayası atmağa gedəllər və şənlik 10 iyul gecəsinə qədər davam edər. 1959-cu ildən etibarən iyul ayının əvvəlində dünyanın dörd bir tərəfindən elm, sənət və ədəbiyyat insanları mədəni zənginliklərini Nəsrəddin Xoca vasitəsi ilə bölüşərlər. Musiqi və rəqs nümayişləri, fotoşəkil, şəkil və karikatura sərgiləri, teatr və film nümayişləri, xalqın altı gün boyunca sənət və sənətçilərlə bərabər bir şənlik yaşamasına imkan verir. 1959-cu ildən günümüzə qədər bir çox tanınmış sənətçi Akşehirdə yumor ustası Nəsrəddin Xocanı canlandıraraq sonsuz tolerantlıq və zəngin yumor anlayışını günümüzə qədər gətirmişlər.
Yaxşı, kimdir bu Molla Nəsrəddin? Nəsrəddin Xoca 1208-ci ildə Əskişəhirdə doğulmuş, gəncliyindən etibarən Akşehirdə yaşamış bir türk xalq sənətçisidir. Mədrəsə təhsili aldığı, mollalıq və qazilik etdiyi, hətta mədrəsədə dәrs verdiyi də rəvayət edilir. Bu vəzifələrinə görə özünə verilən adın zamanla Nəsrəddin Xocaya çevrildiyi deyilir. Molla Nəsrəddinin həyatı ilə əlaqədar məlumatlar, xalq söz-söhbətlərinə qarışmış, özündə iki fərqli yerdə eyni anda görünmə kimi fövqəladə xüsusiyyətlər cəmləşib. Xalq onu o qədər çox sevib ki, Nəsrəddin Xocanın Səlcuqlu Sultanlarıyla tanıştığına, dünyanın tanıdığı Mövlana Calləddin-i Rumi ilə yaxın olduğuna və məşhur hökmdarlardan Əmir Teymirla söhbətlərinə inanır. Molla Nəsrəddini eşşəyindən ayrı təsəvvür etmək olduqca çətindir. Lətifələrindəki eşşək əslində ağrıya, çətinliyə və aclığa dözümlülüyün bir simvoludur. Nəsrəddin Xoca eşşək simvolundan istifadə etməklə əslində insanlara tolerantlıq dərsi verir. Bir gün Nəsrəddin Xoca heyvanlarına ağır yüklər yükləyib əziyyət verən kəndlilərə yaxşı bir dərs vermək istəyir. O, kürəyinə aldığı dolu bir çuvalla birlikdə eşşəyinə minər. “Molla həm eşşəyin üzərindəsәn, həm də çuvalı kürəyində daşıyırsan. Necə bir iş bu? “Deyənlərə cavabı bele olur. “Yazıq heyvan, onsuz da gecə-gündüz demədən mənə işləyir. Belinə mindirir, yüklərimi daşıyır, dəyirmanı çevirir. Bu qədər işlədikdən sonra dolu çuvalı da ona yükləmək istəmədim. Buna görə mən kürəyimə aldım. '
Molla Nəsrəddinin gündəlik, sıravi hadisələr haqqındakı zəhlətökən şərhləri və cavabları, günümüzə qədər çatmağı bacarıb. Nəsrəddin Xocanın yazılı bir əsəri olmamasına baxmayaraq onun lətifələri şifahi xalq ədəbiyyatında 13-cü əsrdən ta günümüzə qədər gəlib çatıb. Yazıya köçürülmüş ilk Nəsrəddin Xoca hekayəsi 1480-ci ildə Ebül Xeyir Rumi tərəfindən qələmə alınan Saltuknamədir. Saltuknamə yeddi il boyunca türk şifahi ənənəsinin toplandığı və yazıya köçürüldüyü bir əsərdir.16-ci əsrdən etibarən Nəsrəddin Xoca lətifələri kitablar halına salınıb. Bu kitabların ən köhnəsi olan Hikâyet-i Kitab-ı Nəsrəddin 1571-ci ildə yazılıb. Nəsrəddin Xocanın lətifələrinin ilk çapı Lәtaif adıyla 1837-ci ildə, ilk şəkilli kitabları isə 1869-ci ildən etibarən nəşr olunub. 12-si Türkiyədə olmaqla 68 əlyazması dünyanın müxtəlif kitabxanalarında saxlanılır. Müasir dövrümüzdə isə lətifələrin tərcümələrini dünyanın bir çox dillərində oxumaq mümkündür. Nəsrəddin Xocanın lətifələri yaşadığı zamanı və Akşehiri dә aşaraq Balkanlara, Orta Asiyaya, Şimali Afrikaya və Avropaya çatmış və bir çox ölkədə izah məsəllərinə çevrilmişdir. Yaxın Şərq, Orta Şərq və Orta Asiyadakı bir çox xalqlar Nəsrəddin Xocanı fərqli adlarla tanıyaraq ona sahib çıxmağa çalışırlar.
Nəsrəddin Hoca lətifələri İtaliyanın Siciliya adasında yaşayan xalq arasında izah məsəllərinə çevrilərək xalqı ilhamlandırmaqdadır. Mollanın dünya xalqları tərəfindən sevilməsinin səbəbi onun yaşadıqlari ilə izahlarının xalqın səsi mövqeyində olmasıdır. Belәki, Molla Nəsrəddin cəmiyyəti, hətta özünü tənqid etməklə problemlərin həllinə təkliflər təqdim edərək daim tolerantlıq, optimizm, qardaşlıq və sülh mesajları verir. Molla Nəsrəddin zarafatlı şəxsiyyəti ilə insanlara doğru yolu göstərən zamansız bir müdrikdir. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı YUNESKO-nun 1996-cı ili Molla Nəsrəddin ili elan etməsi ilə bu müdrük şəxsiyyət haqqındakı araşdırmalar artmışdır. 2008-ci il isə Nəsrəddin Xocanın anadan olmasının 800 illiyi olaraq qəbul edilərək müxtəlif tədbirlər təşkil edilib. Bu arada hər il təşkil edilən Beynəlxalq Nəsrəddin Xoca karikatura müasbəqəsini də xatırlamaq yerinə düşər.
Bəziləri Nəsrəddin Xocaya 'dünyanın ortası haradır?' deyə soruşur. Molla bir iki addım irəliliyərək, əsasını yerə qoyur və 'dünyanın ortası bura' deyir. 'Bu necə olur, molla' deyənlərə isə Nəsrəddin Xocanın cavabı bu şəkildə olur. 'inanmırsınızsa ölçün .'
Siz də dünyanın ortasına ayaq basmaq istəyirsinizsə Nəsrəddin Xocanın Akşehirdeki türbəsini ziyarət edə bilərsiniz. Sizdə buradakı türbədə 'dünyanın ortası' yazılı daşa çıxın. Dünya vətəndaşı olan bu insanın hüzurunda dünyanın ortasına ayaq basın. Həttda burada “inanmayan, ölçər baxar'' yazılı sertifikatda ala bilərsiniz. Elə bu yerdə inanmayanlar üçün kiçik bir məqamı xatırlamaqda yerinə düşər. Molla Nəsrəddin Dərnəyi 2007-ci ildə Türk Patent İnstitutundan "Dünyanın Ortası Akşehir" formasında qeydiyyat sənədini də alıb.
İyul ayının 5-i ilə 10-u arası yolunuz Konya Akşehirә düşsə, Nəsrəddin Xoca ilə qarşılaşma ehtimalınız çox böyükdür. Çünki o zaman Akşehirdəki festival çərçivəsində Nəsrəddin Xocalar, səhnələr canlandıraraq könüllərdə yaşayan müdrikin hərtərəfli görüntüsünü nümayiş etdirirlər. Eyni zamanda Nəsrəddin Xocanın Akşehir Gölünə maya çalmasına belə şahid ola bilərsiniz. Beynəlxalq Akşehir Molla Nəsrəddin şənliklərində iştirak etməklə onun zəhlətökən gülümsəməsini öz üzünüzdə hiss etməyə dəyər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr