Təqribən üç ay yarım çəkən intizar başa çatdı

Təqribən üç ay yarım çəkən intizar başa çatdı

132857
Təqribən üç ay yarım çəkən intizar başa çatdı

Təqribən üç ay yarım çəkən intizar başa çatdı.
Musul’dakı vətəndaşlarımız sağ-salamat ölkəyə qayıtdı. Yaxşı indiyə kimi nələr baş verdi? Bu sualın cavabını buyurun oxuyun:
Türkiyə’də nigarançılıq içində keçən intizara 11 İyun’da yaranan hadisə səbəb oldu. Əbubəkr Bağdadi’nin rəhbəri olduğu İŞİD təşkilatı Musul’da yerləşən konsulluqda vəzifə yeridən 49 vətəndaşımızı konsulluğa hücum çəkərək girov götürdü. Türkiyə, o dəqiqədən tutmuş həm diplomatik həm də xəbəralma barədəki fəaliyyətlərini yeritdi.
Vətəndaşlarımız girov götürülən gün Daxiliişlər Naziri Əfqan Ala Başnazirlik’də təşkil olunan zirvə yığıncağından sonra yaydığı açıqlamasında “Türkiyə öz maraqları üçün lazımi işləri görəcəkdir” dedi. Ardından Çankaya Köşkü’ndə 11 Cümhurbaşqanı Abdullah Gül’ün rəhbərliğində gerçəkləşdirilən güvənlik zirvəsində qərar qəbul edildi və fəaliyyətlər başladıldı. Millî Məxfi Xəbəralma Təşkilatı’nın işçiləri bölgədə addım-addım fəaliyyət yeridərkən xariciişlər nazirliği mənsubları da diplomatik cəhdlərini davam etdirdi. NATO daimi nümayəndələrinin yığıncağında hadisəylə bağlı məlumatlar NATO üzvü ölkələrə ətraflı şəkildə çatdırıldı. İŞİD’in qərbli jurnalistləri qətlə yetirdiği kadrlar da qərb ictimaiyyətində nəzərlərin Ortaşərq’ə yönəlməsinə səbəb oldu. ABŞ rəhbərliğində gerçəkləşdirilən fəaliyyətlərdə Dövlət Katibi Kerry bölgəyə etdiği səfərlərində ordakı ölkələrdən dayaq təmin etdi. İŞİD’ə qarşı yaradılacaq koalisiya məsələsinin Ciddə şəhərindəki müzakirəsi keçirildi və Türkiyə yekun sənədi imzalamadı. Daha sonra ABŞ Prezidenti Obama 4 maddəlik planı açıqladı. Havadan İŞİD güclərinə çəkilən hücumlarda silah yardımı nəzərdə tutulan planda Türkiyə’nin dayağından söhbət açılmadı.
Musul’dakı həssas vəziyyət digər ölkələrin ziddinə olaraq Türkiyə’ni daha ehtiyatlı addım atmağa vadar edirdi. Lakin Prezident Obama’nın açıqlamalarından beş gün ötməmişdi ki, Başnazir Əhməd Davudoğlu şad xəbəri Azərbaycan’dan yaydı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr