ABŞ, İŞİD'in təlim düşərgəsini bombalayıb

ABŞ ordusu İraq’da İŞİD terror təşkilatına məxsus bir təlim düşərgəsini bombalayıb

131610
ABŞ, İŞİD'in təlim düşərgəsini bombalayıb

ABŞ ordusu İraq’da İŞİD terror təşkilatına məxsus bir təlim düşərgəsini bombalayıb.
Musul yaxınlığındakı təlim düşərgəsində 2 bina, zirehli vasitələr və partizanlar vurulub.
Digər tərəfdən İŞİD iki il qabaq Suriyə’də oğurladığı İngiltərəli bir jurnalistin kadrlarını efirə buraxıb.
İngiltərəli jurnalist John Cantlie videoçəkilişdə, İŞİD ilə bağlı bəzi həqiqətləri aşkar edəcəğini açıqlayıb.
Cantlie deyib:
“Mənim əsir olduğumu, cəbir işlədilərək bu sözləri söylədiğimi zənn edirsinizsə yanılırsınız. Hökumətim mənə sahib çıxmadı, taleim indi İŞİD’in insafına qalıb.”
İŞİD’in onun kadrlarını efirə buraxacağı güman edilir.
İŞİD quldurları Suriyə’nin şimalında Kürdlərin yaşadığı Kobani şəhərinə sarı irəliləyir. Onlar sutka ərzində 21 Kürd kəndini ələ keçirib. Kobani’də yaşayan Suriyəli Kürdlər verdikləri məlumatlarda İŞİD’in ələ keçirdikləri yerlərdə qırğınlar törətdiklərini, qadınları götürüb apardıqlarını söyləyib.
Suriyəli müxalif mənbələr bölgədə Amerikanın bir pilotsuz təyyarəsinin kəşfiyyat apardığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr