56 milyonun kredit kartları məlumatı oğurlanıb

56 milyon insanın kredit kartları ilə əlaqəli məlumatları oğurlanıb

131635
56 milyonun kredit kartları məlumatı oğurlanıb

56 milyon insanın kredit kartları ilə əlaqəli məlumatları oğurlanıb.
ABŞ’da ev və tikinti materialları sahəsinin ən böyük şirkəti Home Depot, ABŞ və Kanada’da 56 milyon müştərisinin kredit kartı və banklarla bağlı məlumatlarının oğurlandığını boynuna alıb.
Home Depot şirkətindən yayılan yazılı açıqlamada deyilib: Bilgisayar quldurları sistemdə olan satışla bağlı məlumatları oğurlamaq üçün xüsusi bir proqram yaradıblar.
ABŞ’da 2200, Kanada’da 180’dən artıq olan satış maqazininə malik Home Depot ev tikintisiylə bağlı hər cürə vəsaiti satır.
Texnoloji sahəsi müxbiri olan Brian Krebs, daha əvvəlcə ABŞ’da pərakəndə satış maqazinlərinə malik Target şirkətindən nəsə alan müştərilərin kredit kartlarıyla məlumatların oğurlandıqlarını aşkar etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr