Balkanlarda və Cənubşərqi Asiya’da sel fəlakəti yaranıb

Balkanlarda və Cənubşərqi Asiya’da sel fəlakəti yaranıb

125160
Balkanlarda və Cənubşərqi Asiya’da sel fəlakəti yaranıb

Balkanlarda və Cənubşərqi Asiya’da sel fəlakəti yaranıb.
Sloveniya’nın cənub və daxili hissələrində evlər və yollar sel sularına təslim olub. Selin apardığı bir maşındakı iki gəncdən biri həlak olub, biri də itkin düşüb.
Avusturya’nın güney hissəsində evləri sel basıb. Xorvatiya’da çaylar daşıb, hökumət qum kisələri ilə çayın ətrafa ziyan verməməsi üçün əlindən gələn cəhdi göstərir. Ölkədə təcili vəziyyət elan olunub, çox sayda insan bəzi bölgələrdən çıxarılıb.
Pakistan’da muson yağışlarından yaranan sel suları 280 nəfərin həlakına amil olub. Selin yaranmasından bu yana bir həftə keçməsinə baxmayaraq Hindistan’ın Cammu Keşmir əyalətinin paytaxdı Srinaqar’dakı sular hələ də çəkilməyib. Rəsmîlər bəzi kəndlərin tamamilə məhv olduğunu, 200 min nəfər insanla hələ də əlaqə saxlanabilmədiğini vurğulayıb.
Cammu Keşmir’də su səviyyəsi azalarkən Pakistan tərəfində necə deyəllər can bazarı qurulub. Qabaran çayların şəhər və kəndlərə ziyan vurmaması üçün çayların ətrafında yaradılan səddlər müəyyən yerlərdən dağıdılaraq suyun yönü dəyişdirilib. Evlərinin damına çıxan insanlar da həlikopterlərlə xilas edilməğə çalışılır.
Sellərin səbəb olduğu maddi itkinin 1 milyard dollar olduğu güman edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr